EN

Belçikanın Şarlörua hava limanında bütün uçuşlar ləğv edilib

Paris, 12 fevral, AZƏRTAC

Belçikada Həmkarlar İttifaqları sosial xərclərin azaldılmasına və ölkənin yeni hökumətinin həyata keçirəcəyi qənaət siyasətinə qarşı ümumi tətil elan edib.

AZƏRTAC xəbər verir ki, fevralın 13-də olacaq ümumi tətilə görə Şarlörua (Charleroi) hava limanında sabaha olan bütün uçuşlar ləğv edilib. Hava limanının menecerləri tərəfindən verilən açıqlamada aeroprotda çalışan çox sayda işçinin milli tətil hərəkatına qoşulacağı bildirilib. Ölkədəki həmkarlar ittifaqları federal hökumətin elan etdiyi yeni tədbirlərə etiraz etmək üçün ölkə daxilində nümayişlər planlaşdırırlar.

Brüssel hava limanı da dünən oxşar qərar qəbul edib.

Həmkarlar ittifaqları ölkənin yeni hökuməti tərəfindən həyata keçiriləcək sosial xərclərin azaldılmasını və qənaət siyasətini sərt şəkildə tənqid edirlər. Bu səbədən hər ayın 13-də ümumi tətillərin təşkili nəzərdə tutulur.

Chosen
11
azertag.az

1Sources