Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevinmüvafiq sərəncamı ilə Elnur Şəmistan oğlu Bağırovun AzərbaycanRespublikasının Prezidenti yanında Antiinhisar və İstehlak BazarınaNəzarət Dövlət Agentliyinin sədri təyin edilib.
Trend yenisədrin dosyesini təqdim edir:
Bağırov Elnur Şəmistan oğlu 1973-cü ildə Bakı şəhərində anadanolub.
1991-1996-cı illərdə Azərbaycan Memarlıq və İnşaatUniversitetində Tikinti iqtisadiyyatı və idarə edilməsi ixtisasıüzrə təhsil alıb.
Əmək fəaliyyətinə 1995-ci ildə "Philip Morris" şirkətindəbaşlayıb və 2000-ci ilədək maliyyə və marketinq sahəsi üzrəmüxtəlif vəzifələrdə çalışıb. 2001-2002-ci illərdə “Coca-Cola”şirkətində Azərbaycan, Gürcüstan, Türkmənistan üzrə media menecerivəzifəsində çalışıb.
2003-2021-ci illərdə “İmperial Tobacco” şirkətinin AzərbaycanRespublikasındakı nümayəndəliyində marketinq üzrə menecer, dahasonra isə nümayəndəliyin rəhbəri olaraq fəaliyyət göstərib. 2021-ciildən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlakBazarına Nəzarət Dövlət Xidmətində İstehlak bazarına nəzarətşöbəsinin müdiri vəzifəsini icra edib.
Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2022-ci iltarixli sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar vəİstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini vəzifəsinətəyin olunub.
Ailəlidir, 2 övladı var.