"Brügge" "Atalanta"nı son dəqiqələrdə məğlub etdi -
UEFA Çempionlar Liqasının pley-off mərhələsində Belçikanın "Brügge" klubu öz meydanında İtaliyanın "Atalanta" komandasını son dəqiqələrdə vurulan penalti qolu ilə məğlub edib.Metbuat.az xəbər verir ki, hesabı 15-ci dəqiqədə belçikalıların tərkibində Yutqla açıb, 41-ci dəqiqədə Paşaliç hesabı bərabərləşdirib.
90+4-cü dəqiqədə Nilsson penalti zərbəsi ilə son nöqtəni qoyub. Təkrar görüş fevralın 19-da baş tutacaq.