EN

Ukrayna Poroşenkoya sanksiyalar tətbiq edib

Ukrayna Təhlükəsizlik və Müdafiə Şurası ölkənin keçmiş prezidenti, “Avropa Həmrəyliyi” partiyasının sədri, deputat Petro Poroşenkoya sanksiyalar tətbiq edib.

Bakıvaxtı.az xəbər verir ki, qurum sanksiyaları Petro Poroşenko yaxın tarixdəki fəaliyyətində dövlətə xəyanət ittihamları ilə əsaslandırıb.

Yerli mətbuat isə hazırda Poroşenkonun ev dustaqlığı şəraitində, güc strukturlarının nəzarətində olduğunu bildirirlər.

Qeyd edək ki, ötən həftə Ali Radada (birpalatalı parlament) müvafiq komitə də Petro Poroşenkonun 6 ay müddətinə qanunverici orqanda fəaliyyətinin məhdudlaşdırılması qərarını qəbul etmişdi.

Chosen
72
5
bakivaxti.az

10Sources