EN

Türkiyə sakini üç ildən sonra ögey anası ilə görüşmək istədi: Çürümüş cəsədini və sümüklərini tapdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyənin İzmir şəhərində 3 ilə yaxındır haqqında heç bir xəbər olmayan yaşlı qadının tək yaşadığı evində sümükləri tapılıb.
Bu barədə Oxu.Az İHA-ya istinadən xəbər verir.
Məlumata görə, dördmərtəbəli binanın damındakı mənzilində qalan təqaüdçü tibb bacısı, 80 yaşlı Gülşen Çoğulu 23 il əvvəl ərini itirdikdən sonra tək yaşamağa başlayıb. Gülşen Çoğulunun həyat yoldaşının ilk evliliyindən olan və pandemiya dövründən bəri onunla görüşməyən ögey oğlu 3 ildən sonra qadınla əlaqə saxlamaq istəyib, lakin buna müvəffəq olmayıb. Bu zaman polisə xəbər verib. Polis qadının oğlu və çilingərlə birlikdə Çoğulunun evinə gedib.
Çilingərin köməyi ilə evə girən polis ilk əvvəl zibil yığını ilə qarşılaşıb. Daha sonra yataq otağındakı çarpayıda paltarlarının bir hissəsi çürümüş halda olan qadının sümükləri tapılıb. Araşdırma nəticəsində yaşlı qadının uzun müddət əvvəl öldüyü və hər hansı cinayət əməlinin olmadığı məlum olub.
Məhəllə sakinləri bildiriblər ki, qadının təxminən 6 il əvvəl yaxınları tərəfindən qocalar evinə yerləşdirildiyini düşünüblər. Məhəllədə qadını sonuncu dəfə təxminən 7 il əvvəl görüblər. Xəstə imiş və mənzilində zibillərin içində yaşayırmış. Sakinlər evdəki qoxunun mənzilin damda yerləşməsi və içində zibillərin olmasına görə gəldiyini zənn ediblər.
Chosen
28
oxu.az

1Sources