EN

Fransada restorana qumbara atıldı - 12 yaralı var + Video

Fransanın Qrenobl şəhərindəki barda baş vermiş partlayış nəticəsində 12 nəfər yaralanıb.

“Qafqazinfo” bu barədə “France 24” telekanalına istinadən xəbər verir.

Məlumata görə, naməlum şəxs Olimpiya kəndində yerləşən bara qumbara atıb. Partlayış nəticəsində azı 12 nəfər yaralanıb.

Zərərçəkənlərdən ikisinin vəziyyətinin ağır olduğu qeyd edilir.

Hadisənin səbəbləri müəyyənləşdirilir.

Hadisə yerindən görüntüləri təqdim edirik:

Chosen
17
1
qafqazinfo.az

2Sources