“Meydana çıxmağı və komanda yoldaşlarıma kömək etməyi səbirsizliklə gözləyirəm”.
Msport.az xəbər verir ki, bunu “Neftçi”nin yeni transferi Aleks Fernandes deyib.
Braziliyalı vinger ölkəsinin mətbuatına açıqlamasında Azərbaycan klubuna keçidi dəyərləndirib. Rusiyanın “Baltika” klubundan icarəyə götürülən 22 yaşlı oyunçu hədəflərinin böyük olduğunu söyləyib: “Həm Azərbaycan çempionatında, həm də kubokunda hədəflərimiz var. Bu da məni çox həvəsləndirir. Komanda çempionatın son iki oyununda qələbə qazanıb. Zəmanət verə bilərəm ki, meydanda əzmsizlik olmayacaq”.
Qeyd edək ki, Aleks Fernandes “Neftçi”də 11 nömrəli formanı geyinəcək.