Braziliyanın Rio-de-Janeyro şəhərində karnaval şouları üçün kostyum istehsal edən fabrikdə baş verən yanğın nəticəsində ən azı 21 nəfər xəsarət alıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Agencia Brasil” informasiya agentliyi məlumat yayıb.
"Yanğınsöndürənlər binadan 21 nəfər zərərçəkəni xilas ediblər", - məlumatda bildirilib. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, ən azı 11 nəfərin vəziyyəti ağırdır.
Şəhərin şimal hissəsində yerləşən fabrikdə güclü yanğın dünən başlayıb. Hadisə baş verən zaman binada olan insanlar ikinci mərtəbədə köməksiz qalıblar.
Məlumata görə, tikiş fabrikinin xidmətlərindən Rio-de-Janeyroda keçirilən karnavalda iştirak edən ən azı üç samba məktəbi istifadə edirdi.