EN

Azərbaycan Çinlə strateji tərəfdaşlıq istiqamətində çox ciddi addımlar atıb- ÖZƏL

"Müstəqil siyasət və məsuliyyətli tərəfdaşlıq bizə imkan verir ki, digər ölkələrlə qarşılıqlı münasibətlər qura bilək. Bu gün Azərbaycan Çinlə də strateji tərəfdaşlıq istiqamətində çox ciddi addımlar atıb". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib:
"Bununla yanaşı Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq bəyannaməsi imzalanıb. Türkiyə, Özbəkistan və Rusiya ilə müttəfiqlik bəyannaməsi imzalanıb. Cənab Prezidentin də qeyd etdiyi kimi şaxələnmiş bu xarici siyasət istiqaməti, sadəcə, siyasətə deyil, mahiyyətə də əsaslanır. Hər bir sahədə əməli nəticələrimiz, əməkdaşlıq proqramlarımız var. Digər ölkələr kimi xarici siyasətimiz, sadəcə olaraq, daxili siyasətimizin davamıdır. Azərbaycanın təkcə Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada regional sabitliyə, regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
10
olaylar.az

1Sources