EN

Bara qumbara atılıb

Fransanın Qrenoblun Village-Olimpik məhəlləsindəki barda partlayış baş verib.

İlkin məlumata görə, partlayış nəticəsində 12 nəfər yaralanıb, onlardan 2-nin vəziyyəti ağırdır. Tibb personalları yaralılara hadisə yerində tibbi yardım göstərir. Hadisə ərazisinə çoxlu sayda polis sövq edilib, qubernator və prokurorluq əməkdaşlarının da gəlməsi gözlənilir.

Ölkə mətbuatının verdiyi xəbərə görə, partlayışın bara atılan əl qumbarasının səbəb olduğu ehtimal edilir. BFMTV kanalı hadisə ilə bağlı araşdırmalara başlanıldığını bildirib.

Chosen
17
vaxt.az

1Sources