EN

Əhali ötən il ərzağa 4 milyard manat xərc çəkib

Bu ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 4.8 milyard manatlıq, o cümlədən 2.6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2.2 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Valyuta.az rəsmi statistik göstəricilərə istinadən xəbər verir ki, ötən ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3.7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1.8 faiz, qeyri-ərzaq malları üzrə 6.1 faiz artıb.   

Hesabat ayında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla 473,5 manatlıq, o cümlədən 257,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 215,7 manatlıq qeyri-ərzaq malları alıb.

Chosen
39
9
valyuta.az

10Sources