EN

Ukrayna Antiterror Mərkəzinin rəhbəri saxlanıldı -RUSİYA İLƏ ƏMƏKDAŞLIĞA GÖRƏ

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Antiterror Mərkəzinin rəhbəri polkovnik Dmitri Kozyuranı Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyinə görə saxlayıb.

 

Bu barədə “RBC-Ukrayna” UTX-nin mətbuat xidmətinə istinadən məlumat yayıb.

 

D.Kozyura şəxsən Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk tərəfindən saxlanılıb.

 

Agenti saxlamaq üçün açıq və gizli tədbirləri əhatə edən misli görünməmiş xüsusi əməliyyat həyata keçirilib.

 

V.Malyukun sözlərinə görə, o, işə şəxsən nəzarət edib, xüsusi əməliyyatın hazırlanması və həyata keçirilməsi barədə birbaşa prezident Volodimir Zelenskiyə məruzə edib.

Chosen
29
9
senzor.az

10Sources