Ağcabədi, 13 fevral, AZƏRTAC
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində rayon sakini Vüsal Əliyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, onun idarəsində olan avtombildən götürülən çantaya baxış zamanı 6 kiloqram marixuana, 2 kiloqram heroin və 2 kiloqram həşiş aşkarlanıb. V.Əliyevin narkotiki satış məqsədi ilə İran sakinindən əldə etdiyi müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.