7NEWS.az xəbər verir ki, alimlər Aralıq dənizinin ən dərin hissəsində, Oinousses quyusunda zibil aşkar ediblər. Mütəxəssislər səthdən 5 kilometr dərinlikdə dənizin dibində plastik butulkalar, qəhvə fincanları, polietilen paketlər, sərinləşdirici içki qutuları və digər zibilləri qeydə alıblar.