EN

Azərbaycanda əsas kapitala investisiyalar 50 faiz azalıb

2025-ci ilin yanvar ayında əsas kapitala 787,0 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 50,0 faiz az investisiya yönəldilib.

Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 40,5 faiz, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 54,8 faiz az olmuşdur. İstifadə olunmuş investisiyanın 504,8 milyon manatı və ya 64,1 faizi məhsul  istehsalı  sahələrinə, 109,8 milyon  manatı (14,0 faizi) xidmət sahələrinə, 172,4 milyon manatı (21,9 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 473,8 milyon manatını və ya 60,2 faizini daxili investisiyalar təşkil edib.

Əsas kapitala yönəldilmiş investisiyaların 566,0 milyon manatı və ya 71,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Sərvanə Rəmixanova
 

Chosen
42
3
valyuta.az

10Sources