EN

Azərbaycan QHT-ləri Tramp və Maska müraciət etdi

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT-lər) ABŞ Prezidenti Donald Trampa, eləcə də ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE-nin) rəhbəri İlon Maska USAİD-lə əlaqədar müraciət ünvanlayıblar.

 

QHT.az Axar.az-a istinadən  xəbər verir ki, müraciət mətnini Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli səsləndirib.

 

Müraciətin mətnində deyilir:

 

"Azərbaycan QHT-lərinin flaqmanı olan Azərbaycan Milli QHT Forumu olaraq USAİD-in qlobal məkanda cinayətkar əməllərinin təftişində və ifşasında nümayiş etdirdiyiniz qətiyyətə, güclü iradəyə görə sizlərə dərin təşəkkürümüzü ifadə edirik.

 

Təəssüflər olsun ki, ötən uzun illər ərzində ABŞ vergi ödəyicilərinin pulları USAİD-in korrupsiya yeminə çevrilib, Bayden-Blinken Administrasiyasının qara şəbəkəsinin formalaşdırılması üçün istifadə olunub. Azərbaycan-ABŞ münasibətlərinin itirilmiş illərinə çevrilən Bayden-Blinken dövründə Azərbaycan cəmiyyətində USAİD-in ölkədən qovulması, fəaliyyətinin dayandırılması ilə əlaqədar çağırışlar, ictimai qəzəb də artan xətt üzrə güclənib. USAİD qrantları Azərbaycanda da ənənəvi, milli-mənəvi dəyərlərə təhqir mahiyyəti daşımaqla, ABŞ-ın bölgədəki imicinə və strateji maraqlarına zərbə vurub.

 

İctimailəşdirilən faktlar göstərir ki, 1991-ci ildən USAİD Azərbaycanda müxtəlif adlar altında layihələrə 410 milyon ABŞ dollarından artıq vəsait xərcləyib. Yeni faktlar ABŞ-ın hazırda aktiv olan 17 milyon dollarlıq müxtəlif qrant layihələrində Azərbaycanın da adının keçdiyini göstərir.

 

Ümid edirik ki, siz USAİD-in Azərbaycandakı cinayətlərinə də nəzər salacaq, ayrılmış qrantların təftişinin aparılmasına göstəriş verəcəksiniz.

 

600-dən çox üzv QHT-yə malik təşkilat kimi Azərbaycan ictimaiyyətinin belə bir araşdırmanın nəticələrini, qrant dəllal və dələduzlarının de-şifrəsini səbirsizliklə gözlədiyini ifadə edirik".

Chosen
83
36
qht.az

10Sources