EN

Fərid Hüseynov: “Birbank" Bir ekosisteminin mərkəzindədir və bu təqdimat yeni dövrün başlanğıcıdır!”

Xəbər verdiyimiz kimi, "PAŞA Holdinq" MMC-nin yaratdığı, ölkənin biznes və maliyyə mühitinə yeni nəfəs gətirən "Bir" ekosistemi ictimaiyyətə təqdim olundu.

Bu ekosistem holdinqin aparıcı şirkətlərini bir araya gətirərək müştərilərə daha rahat və inteqrasiya olunmuş xidmət təcrübəsi təqdim etməyi hədəfləyir.

"Birbank" ekosistemin mərkəzi sütunlarından biri olaraq müştərilərin maliyyə ehtiyaclarını ödəməklə yanaşı, digər xidmətlərə də asan və təhlükəsiz çıxış imkanı yaradır.

"Bir" ekosistemi maliyyə, e-ticarət və rəqəmsal ödəniş sahələrində müştərilərin etibarını qazanmış "Birbank", "Umico", "m10" və "MilliÖn" brendlərini vahid çətir altında birləşdirərək onların təqdim etdiyi xidmətləri müştərilər üçün daha rahat, əlçatan, inteqrasiya olunmuş şəkildə təqdim edir. Bununla yanaşı, "Trendyol" Azərbaycan və "BakıKart" kimi strateji tərəfdaşlarlarla da müştəri təcrübəsini daha da zənginləşdirir. "Birbank" isə bu ekosistemdə müştərilərə kredit, depozit, ödənişlər və digər bank xidmətləri təqdim etməklə yanaşı, onlara Umico-da Birbank krediti ilə alış-veriş etmək, “Trendyol Azərbaycan”da “Birbank” taksit kartları ilə ödəmək və digər xidmətlərdən faydalanmaq imkanı da yaradır. "Bir" ekosistemi müştərilər üçün innovativ həllər təqdim etmək məqsədilə Vahid giriş, bonus, ödəniş və kredit olmaqla dörd əsas yenilikçi konsept üzərində qurulub. Bu konseptlər müştərilərə ekosistem daxilində daha sürətli, rahat, sərfəli və təhlükəsiz xidmətlərdən yararlanmaq imkanı təqdim edir.

Tədbirdəki çıxışı zamanı "Birbank"ın İdarə Heyətinin sədri, Baş icraçı direktoru Fərid Hüseynov, "Bir" ekosisteminin gələcək inkişaf istiqamətlərini vurğulayaraq qeyd edib: “Birbank" olaraq böyük ekosistemin bir hissəsi olmaqdan qürur duyuruq. Uzun müddətdir böyük bir komanda olaraq müştərilərimizə daha rahat, sürətli və innovativ həllər təqdim etmək üçün çalışırdıq. Bu gün isə "Bir" ekosistemi rəsmi olaraq müştərilərimizin ixtiyarındadır. Bir sözlə, bu sadəcə bir təqdimat deyil, tamamilə yeni bir dövrün başlanğıcıdır!”.

Chosen
67
31
publika.az

10Sources