EN

“Arsenal”ın oyunçusu ilə danışıqlar başlayıb

“Real”ın “Arsenal”ın oyunçusu Vilyam Salibanı hədəfə aldığını xəbər vermişdik.

İspaniya klubu 23 yaşlı müdafiəçini yayda heyətinə cəlb etməyi planlaşdırır. Bəzi mənbələrə görə, London klubu fransalı futbolçunu 120 milyon avro məbləğində dəyərləndirir. “Real”ın artıq Salibanın agentləri ilə danışıqlara başladığı xəbər verilir. Vilyamın karyerasını İspaniyada davam etdirmək istədiyi də qeyd edilir.

Saliba bu mövsüm “Arsenal”ın heyətində 33 matça çıxaraq 2 qol vurub. Onun klubla müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdi.

Chosen
12
football-plus.az

1Sources