EN

Zelenski ABŞ-nin Ukraynanın təbii ehtiyatlarının istifadəsinə dair sazişinə imza atmayıb

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin təbii ehtiyatlarının ABŞ tərəfindən istifadəsini təsdiqləyən sazişə imza atmayıb.

Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Qeyd edək ki, sazişi Vaşinqtondan Kiyevə gələn ABŞ-nin maliyyə naziri Skot Bessent gətirib.

Bundan əvvəl V.Zelenski bildirib ki, Kiyev sənədi ətraflı nəzərdən keçirdikdən sonra qərar qəbul edəcək. Müqavilənin Münhen konfransında imzalana biləcəyi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
1
2
olaylar.az

4Sources