EN

"Turan Tovuz" azarkeşlərindən BƏYANAT: "Eyni hallar təkrarlanacağı təqdirdə..."

"Turan Tovuz"un azarkeş qrupu "Ultras Turan" bəyanat yayıb.

Publika.az xəbər verir ki, fanatlar hakim idarəçiliyindən narazılıqlarını bildiriblər:

"Futbol ictimaiyyətinin diqqətinə

Tribunamız hər zaman nümunəvi davranışı, möhtəşəm dəstəyi, komandasına sadiqliyi ilə seçilib. Premyer Liqaya yüksəldiyimiz ildən bütün dövrələrdə rekordlar qıran, səfər oyunlarında da komandasına Tovuz ab havası yaradan məhz "Turan Tovuz" azarkeşləri, "Turan Ultras" azad azarkeş qrupudur. Klubumuzun qarşısına qoyduğu vacib missiyanı hər zaman dəstəkləmiş, icrasında da əlimizdən gələni əsirgəməyəcəyimizi hər zaman bəyan etmişik. Ötən mövsüm olduğu kimi, hazırkı mövsümdə də bərbad hakim idarəçiliyi, qərəzli "səhvlər"lə haqqımız tapdalanıb, vacib xallarımız qəsb olunub. Son turda "Sabah"la keçirilən oyunda bütün futbol ictimaiyyəti qələbəmizin əlimizdən alındığının şahidi oldu.

Chosen
8
4
publika.az

7Sources