Türkiyənin Bingöl vilayətində sərnişin avtobusu aşıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Hadisə nəticəsində dörd nəfər ölüb, daha 24-ü yaralanıb.
Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
Qəzaya səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir.
