EN

"Çelsi"nin hücumçusu ZƏDƏLƏNDİ

"Çelsi"nin futbolçusu Nikolas Cekson sıradan çıxıb.

Bizim.Media xəbər verir ki, bu barədə klubun baş məşqçisi Enzo Mareska İngiltərə Premyer Liqasının 25-ci turunda keçiriləcək "Brayton"la matçdan öncə təşkil olunan mətbuat konfransında deyib.

23 yaşlı hücumçu 6-8 həftə ərzində yaşıl meydanlardan uzaq olacaq. Zədənin detalları ilə bağlı məlumat yoxdur.

Qeyd edək ki, Nikolas Cekson bu mövsüm "Çelsi"nin heyətində 24 oyuna çıxaraq 9 qol vurub və 5 qolun ötürməsini edib.

Bizim.Media

Chosen
31
3
bizim.media

4Sources