Gəncə sakininin qulağından bıçaq xəsarəti almasının bəzi təfərrüatları məlum olub.
APA-nın yerli bürosunun məlumatına görə xəsarət alan Gəncə şəhər sakini 1994-cü il təvəllüdlü G. Allahverdiyevanın həyat yoldaşı sərxoş vəziyyətdə ona bıçaqla xəsarət yetirib.
Məlumata görə G. Allahverdiyeva hadisəni törədən şəxsin 3-cü həyat yoldaşdır.
Qeyd edək ki, hadisə Gəncə şəhəri ilə Göygöl rayonunun Üçtəpə kəndinin kəsişməsində baş verib.
İlkin məlumta görə G. Allahverdiyevanın həyat yoldaşı polis tərəfindən saxlanıb.
Faktla bağlı araşdırma aparılır