EN

Qazaxıstan və Azərbaycan vergi islahatları və rəqəmsal həllər sahəsində əməkdaşlığı dərinləşdirməyə can atır - Kayrat Cumaqulov - ÖZƏL MÜSAHİBƏ

Qazaxıstan beynəlxalq təşəbbüslər çərçivəsində Azərbaycanla əməkdaşlığı genişləndirməyə, məlumat mübadiləsinin ikitərəfli mexanizmlərini təkmilləşdirməyə və vergi məlumat mübadiləsinin daha da möhkəmləndirilməsi üçün vergi inzibatçılığının rəqəmsallaşdırılmasını gücləndirməyə hazırdır.

Day.Az bildirir ki, bunu Qazaxıstan Respublikasının maliyyə nazirliyinin dövlət gəlirləri komitəsinin sədr müavini Kayrat Cumaqulov Trend-ə verdiyi özəl müsahibədə bildirib.

Onun sözlərinə görə, bu gün Qazaxıstan və Azərbaycan arasında vergi və maliyyə sahələrində əməkdaşlıq aktiv şəkildə inkişaf edir və həm ikitərəfli, həm də çoxtərəfli mexanizmlər şəklində həyata keçirilir. Bu əməkdaşlığın əsas alətlərindən biri ikili vergitutumunun qarşısının alınması ilə bağlı ölkələr arasında bağlanmış konvensiyadır. .

"Bu konvensiya şəffaf vergi mühitinin yaradılmasında və hər iki ölkənin biznesi və vətəndaşları üçün ikili vergi tutumunun aradan qaldırılmasında önəmli rol oynayır", - deyə o bildirib.

Qazaxıstan və Azərbaycan Vergi Xidməti Rəhbərlərinin Əlaqələndirmə Şurası çərçivəsində aktiv şəkildə əməkdaşlıq edir ki, bu da öz növbəsində təcrübə və ən yaxşı praktikaların mübadiləsinə və vergi inzibatçılığının mükəmməlləşdirilməsinə imkan verir.

"Biz eyni zamanda vergi şəffaflığı üzrə beynəlxalq təşəbbüslərdə, o cümlədən, CRS (Common Reporting Standard) üzrə avtomatik maliyyə məlumatları mübadiləsində, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Qlobal Forumunun tələblərinə uyğun olaraq Soğru əsasında məlumat mübadiləsində (EOIR) iştirak edirik", -deyə Cumaqulov bildirib.

Kayrat Cumaqulov Türk Dövlətləri Təşkilatı çərçivəsində iki ölkə arasında əməkdaşlığın potensialına xüsusi diqqət ayırıb.

"Bizim xalqların tarixi və mədəni köklərində ortaq cəhətlərin olmasını nəzərə alsaq, bu potensial yüksəkdir. Bu isə daha dərin qarşılıqlı anlaşmaya, qarşılıqlı etibarın möhkəmlənməsinə və təkcə iqtisadi yox, həm də mədəni sahədə əməkdaşlığın qurulmasına yol açır", - deyə o bildirib.

Bundan başqa, Qazaxıstan və Azərbaycan Asiya və Avropa arasında ticarətdə vacib zəncir sayılan Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafında həlledici rol oynayırlar.

"Bu əməkdaşlıq hər iki ölkəyə tranzit imkanlardan yararlanmağa , eyni zamanda, xüsusilə enerji resurslarının daşınması və emalı sahələrində enerji əməkdaşlığını inkişaf etdirməyə imkan verir", - deyə Cumaqulov bildirib.

Cumaqulov beynəlxalq arenada ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

"Bakıda keçirilən Gömrük Xidməti Rəhbərlərinin 10-cu Görüşündə bır sıra sənədlərin, o cümlədən, eTIR prosedurunun tətbiqi ilə bağlı yol xəritəsinin imzalanması gömrük prosedurlarının sadələşdirilməsi və ölkələrimiz arasında məlumat mübadiləsinin mükəməlləşdirilməsi istiqamətində atılmış vacib addımdır", -deyə sədr müavini qeyd edib.

Cumaqulov bir neçə vacib istiqamətlərdə qarşılıqlı əlaqələrin dərinləşdirilməsi üçün əhəmiyyətli potensialın mövcud olmasını xüsusi olaraq qeyd edib.

"İlk növbədə, bu, avtomatik məlumat mübadiləsinin genişləndirilməsidir. Common Reporting Standard (CRS) kimi yeni texnologiyaların tətbiqi bizə vergi ödəyicilərinin maliyyə hesabları üzrə məlumatları operativ şəkildə mübadilə etməyimizə imkan yaradacaq. Bu isə, öz növbəsində şəffaflığı artıracaq və vergidən yayınma hallarını əhəmiyyətli dərəcədə azaltmış olacaq".

Chosen
5
1
day.az

3Sources