EN

Xəzər dənizinin səviyyəsi son 400 ildə ən aşağı həddə enib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Xəzər dənizinin səviyyəsi son 400 ildə ən aşağı həddə enib. Ola bilər ki, bu rəqəm daha bir-iki metr azalsın".
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının P.P.Şirşov adına Okeanologiya İnstitutunun direktor müavini Petr Zavyalov bildirib.
"Hazırda Xəzər dənizinin orta səth səviyyəsi dünya okeanının səviyyəsinə nisbətən təxminən mənfi 29.5 metr təşkil edir. Bu o deməkdir ki, Xəzər dənizinin səviyyəsi son 400 ildə rekord həddə aşağı enib" - deyə P. Zavyalov vurğulayıb.
Alimin sözlərinə görə, səthdən buxarlanma, çay axını, atmosfer yağıntıları kimi bütün müəyyənedici prosesləri düzgün nəzərə almaq çətin olduğundan sonrakı dinamikanı proqnozlaşdırmaq çətindir.
Chosen
36
50
oxu.az

10Sources