EN

Bank sektorunun kapital adekvatlığı minimum requlyativ tələbi üstələyib

2024-cü ildə Azərbaycanın bank sektorunun məcmu kapitalı 0,6 milyard manat və yaxud 10,8 % artaraq 6,2 milyard manata çatıb.

Bunu "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin sədri Zakir Nuriyev Bakıda keçirilən Azərbaycan Maliyyə Forumunda bildirib.

"Sektorunun kapital adekvatlığı 17,6 % olmaqla minimum requlyativ tələbi (sistem əhəmiyyətli banklar üçün minimum tələb 12 %, digər banklar üçün 10 %-dir) 1,7 dəfə üstələyib", - deyə o qeyd edib.

Bundan başqa, onun sözlərinə görə, hesabat ilinin sonuna bank sektorunun likvid aktivləri 14,2 milyard manat olmaqla cəmi aktivlərin 26,9 %-ni təşkil edib.

Chosen
39
4
aznews.az

5Sources