Milli Kəşfiyyat Təşkilatı və İstanbul İl Polis İdarəsi birgə əməliyyatla İstanbulda terror təşkilatı PKK/KCK-nın Fransa təşkilatına daxil olan Medeni Altundereni ələ keçirib.
Qaziler.az bildirir ki, Milli Kəşfiyyat Təşkilatı və İstanbul vilayət polis idarəsi birgə əməliyyat keçirərək, terror təşkilatı PKK/KCK-nın Fransa təşkilatına daxil olan Medeni Altundereni İstanbulda ələ keçirib.
Uzun müddətdir MİT-in nəzarətində olan Medeni Altunderenin təşkilatın Fransa strukturunda təbliğat fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib.
Altunderenin Fransa və Almaniyada PKK/KCK adına həyata keçirilən aksiyalarda, tədbirlərdə və terrorçuların dəfn mərasimlərində fəal iştirak etdiyi müəyyən edilib.
İstanbulda olduğu təsbit edilən PKK/KCK üzvü Altundere MİT və İstanbul vilayət polis idarəsinin birgə keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
Altundere həbsxanaya göndərilib.
QAZİLER.AZ