AZ

MİT-in PKK təşkilatına qarşı əməliyyatı: İstanbulda yaxalandı

Milli Kəşfiyyat Təşkilatı və İstanbul İl Polis İdarəsi birgə əməliyyatla İstanbulda terror təşkilatı PKK/KCK-nın Fransa təşkilatına daxil olan Medeni Altundereni ələ keçirib.

Qaziler.az bildirir ki, Milli Kəşfiyyat Təşkilatı və İstanbul vilayət polis idarəsi birgə əməliyyat keçirərək, terror təşkilatı PKK/KCK-nın Fransa təşkilatına daxil olan Medeni Altundereni İstanbulda ələ keçirib.

Uzun müddətdir MİT-in nəzarətində olan Medeni Altunderenin təşkilatın Fransa strukturunda təbliğat fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib.

Altunderenin Fransa və Almaniyada PKK/KCK adına həyata keçirilən aksiyalarda, tədbirlərdə və terrorçuların dəfn mərasimlərində fəal iştirak etdiyi müəyyən edilib.

İstanbulda olduğu təsbit edilən PKK/KCK üzvü Altundere MİT və İstanbul vilayət polis idarəsinin birgə keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Altundere  həbsxanaya göndərilib.

QAZİLER.AZ

Seçilən
19
3
qaziler.az

5Mənbələr