EN

Audiovizual Şuranın sədri: Azərbaycanda yerli cizgi filmləri yoxdur

Azərbaycanda yerli istehsal animasiya, cizgi filmləri yoxdur.

İNFOAZ.WS xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, bunun əsas səbəbi bu kontentin yaradılmasının çox baha başa gəlməsidir.

“Biz çox istərdik ki, ölkəmizdə yenə “Tıq-Tıq” xanım kimi cizgi filmləri yaransın”, – deyə əlavə edib.(apa)

Chosen
46
5
infoaz.ws

6Sources