Azərbaycanda yerli istehsal animasiya, cizgi filmləri yoxdur.
İNFOAZ.WS xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
O qeyd edib ki, bunun əsas səbəbi bu kontentin yaradılmasının çox baha başa gəlməsidir.
“Biz çox istərdik ki, ölkəmizdə yenə “Tıq-Tıq” xanım kimi cizgi filmləri yaransın”, – deyə əlavə edib.(apa)