EN

Şura sədri: Azərbaycan televiziyalarına maliyyə dəstəyi ilə bağlı təkliflər hazırlayırıq

Azərbaycan televiziyalarının maliyyə dəstəyinə ehtiyacı var.

Bunu Audiovizual Şurasının sədri İsmət Səttarov "Report"un sualını cavablayarkən deyib.

Onun sözlərinə görə, televiziyalara maliyyə dəstəyinin göstərilməsi tək Azərbaycan deyil, əksər ölkələr üçün aktual məsələdir:

"Televiziya sahəsinin gəlirləri ildən-ilə azalır xərclər isə artır. Televiziyaların kommersiya gəlirləri demək olar ki, artmır. Amma bununla yanaşı, Azərbaycanda işçilərin əmək haqqının artdığını da diqqətə çatdırmaq istəyirəm. Təbii ki, televiziyalarımızın dəstəyə ehtiyacı var. Bu mövzu ətrafında təkliflərimizi hazırlayırıq".

Chosen
53
5
aznews.az

8Sources