EN

MOM şüa avadanlığı kompleksinin yerləşdirilməsi üçün xüsusi bunker və köməkçi otaqlar tikə bilmir

Milli Onkologiya Mərkəzinin (MOM) şüa avadanlığı kompleksinin yerləşdirilməsi üçün xüsusi bunker və köməkçi otaqlar tikilməsi ilə əlaqədar elan etdiyi tender ləğv olunub.

 

Pravda.az-ın xəbərinə görə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qəbul etdiyi qərarda bildirilib ki, satınalmanın maliyyələşdirilməsi dayandırılıb.

 

Tenderin ümumi dəyəri 3 000 000 AZN olub.

 

Cabir Həsənov

 

Tarix: 14 Fevral 2025, 12:19   
Chosen
19
9
pravda.az

10Sources