Türkiyənin Milli Kəşfiyat Təşkilatı (MİT) terror qruplaşması PKK/KCK-ya qarşı növbəti uğurlu əməliyyat keçirib.
“Cebheinfo.az” xəbər verir ki, terror qruplaşmasının Fransadakı təşkilatlanmasında yer alan Mədəni Altundərə İstanbulda ələ keçirilib.
Uzun müddətdir MİT-in izlədiyi terrorçunun PKK-nın Fransadakı təbliğat kampaniyalarında iştirak etdiyi məlum olub. Onun Fransa və Almaniyada PKK/KCK adına keçirilən aksiyalarda, tədbirlərdə və terrorçuların dəfn mərasimlərində fəal iştirak etdiyi ortaya çıxıb.
Mədəni Altundərənin çıxarıldığı məhkəmədə həbs olunaraq cəzaçəkmə müəssisəsinə göndərilib.