
Hüquqşünas Adəm Məmmədovla bağlı yeni xəbər var.
Reyting.az Globalinfo.az-a istinadən xəbər verir ki, o, artıq müəllim kimi də fəaliyyət göstərə bilməyəcək.
Belə ki, A.Məmmədov Bakı Dövlət Universitetindəki (BDU) vəzifəsindən də uzaqlaşdırılıb.
Xatırladaq ki, yanvar ayında Adəm Məmmədovun vəkillik fəaliyyəti 3 ay müddətinə dayandırılmışdı.