EN

Rusiya vətəndaşları Azərbaycanda müvəqqəti olma müddətini elektron kalkulyatorla yoxlaya biləcəklər

Bakı. Trend:

2025-ci il yanvarn 1-dən viza tələb olunmayan qaydada AzərbaycanRespublikasına gələn Rusiya Federasiyası vətəndaşlarının və RusiyaFederasiyasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ölkədəmüvəqqəti olma müddəti bir təqvim ili ərzində 90 gün müəyyənedilib.

Bu barədə Trend-ə Dövlət Miqrasiya Xidmətindən məlumatverilib.

Qanunvericiliyin tələblərinə əməl edilməsi, eyni zamanda, RusiyaFederasiyası vətəndaşlarının ölkəyə səfərlərininplanlaşdırılmasında rahatlığın təmin olunması məqsədilə DövlətMiqrasiya Xidməti tərəfindən bir təqvim ili ərzində ölkədə istifadəedilməmiş müvəqqəti olma müddətinin hesablanması üçün Xidmətinrəsmi internet səhifəsində “Müvəqqəti olma müddətini yoxla” adlıelektron kalkulyator istifadəyə verilib.

Təqdim edilən elektron yenilik vasitəsilə Azərbaycana viza tələbolunmayan qaydada səfər edən Rusiya Federasiyası vətəndaşları caritəqvim ili ərzində ölkə ərazisində istifadə edilməmiş müvəqqətiolma müddətlərini onlayn qaydada yoxlaya biləcəklər.

Bunun üçün Xidmətin rəsmi internet səhifəsində “Müvəqqəti olmamüddətini yoxla” bölməsinə keçid edilərək, açılan pəncərədə caritəqvim ili ərzində şəxsin ölkəyə giriş-çıxış tarixlərini (ardıcılolaraq) əlavə etmək tələb edilir. Sorğu göndərildikdən sonra caritəqvim ili ərzində ölkə ərazisində istifadə edilməmiş müvəqqətiolma müddətinin günlərinin sayı real vaxt rejimində istifadəçilərətəqdim olunur.

Ətraflı məlumat üçün Dövlət Miqrasiya Xidmətinin (012) 919 ÇağrıMərkəzinə, rəsmi sosial şəbəkə hesablarına (facebook, instagram) vəya İctimaiyyətlə Əlaqələr İdarəsinə [email protected] e-mailivasitəsilə müraciət edə bilərsiniz.

Chosen
45
18
az.trend.az

10Sources