EN

Türk dünyasının iqtisadi artımı qlobal iqtisadi artımdan 2 dəfə çoxdur

Türk dövlətlərinin ümum daxili məhsulu 900 milyard dolları ötür.

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Konfederasiyası və Türk Ticarət və Sənaye Palataları Birliyinin prezidenti Məmməd Musayev “Türk İnvestisiya Fondu və Türk Ticarət və Sənaye Palataları Birliyi (TCCI): Biznes Liderləri üçün Məlumatlandırma Görüşü və B2B” tədbirində deyib.

O qeyd edib ki, bu, qlobal ÜDM-in 1,7%-i deməkdir:

"Türk dövlətlərinin iqtisadi artımı 6 faiz olmaqla dünya iqtisadi artımını təxminən 2 dəfə qabaqlayır. Bu rəqəmlər türk dövlətlərinin davamlı olaraq gücləndiyini əyani surətdə sübut edir".

Chosen
52
32
apa.az

10Sources