EN

Bu, kökündən yalan, yanlış məlumat və iftiradır

Nadir Qocabəyli 

Haqqımda Qərbpərəst dairələr tərəfindən hüquq-mühafizə orqanlarına edilən şikayətdə mənə şər atılaraq yazılıb ki, guya erkən nikahı təbliğ edirəm.

Dostlar, bu kökündən yalan, yanlış məlumat və iftiradır. Qətiyyən belə bir şey yoxdur.

Ölkəmizdə nikah yaşı 18-dir. Xüsusi hallarda kişilərə 17, qadınlara isə 16 yaşda ailə qurmağa qanunla icazə verilir. Mən də yazdığım yazıda bunu nəzərdə tutmuşam.

Erkən nikah tamamilə başqa şeydir və insanların 8, 10, 12, 13, 14 yaşlarda ailə qurmasını nəzərdə tutan anlayışdır. Bütün normal və ağıllı insanlar kimi, təbii ki, mən də buna qəti qarşıyam və başqa cür ola da bilməz.

Onu da nəzərinizə çatdırım ki, məndən şikayət edən qərbçi liberalların daim təbliğ etdikləri bir çox Qərb ölkələrində də xüsusi hallarda, valideynlərin icazəsi ilə 18-dən aşağı yaşda nikah bağlanmasına icazə verilir. Heç kəs də bunu erkən nikah saymır.

Məsələn, "demokratiyanın beşiyi" sayılan ABŞ-ın Misisippi ştatında oğlanlar 17 yaşında evlənə, qızlar da 15 yaşda ərə gedə bilərlər. Bəzi Avropa ölkələrində hətta məhkəmənin qərarı ilə nikaha daha erkən girməyə icazə verilir. Məsələn, Andorrada - 14, Belorusda, Danimarkada, Estoniyada - 15, Almaniya və Avstriyada - 16 yaşda ailə qurmağa icazə verilir. Heç kəs də bunu erkən nikah saymır.

Dünaynın bütün ölkələrində tətbiq olunan nikah yaşı ilə bağlı Vikipediya məqaləsini şərh yerinə qoyuram. Məqalədə dünyanın bütün ölkələrində nikah yaşının göstərildiyi cədvəl də yer alıb. Təəssüf ki, məqalə rus dilindədir və hər kəs onu başa düşməyəcək. Azərbaycancası qısa və yetərli olmadığı üçün bunu paylaşmağa məcburam

Mən də öz yazımda xüsusi yaş qeyd etmədən, ümumi şəkildə bunu nəzərdə tutmuşdum. Bu heç təklif də deyil, sadəcə bir fikir idi.

Başa düşmürəm, işi-gücü söz, fikir, ifadə azadlığından danışmaq olan Qərb əlaltıları niyə bunu süngüylə qarşılayıb, məni linç etməyə çalışdılar, hətta haqqımda cinayət işi açdırmağa cəhd etdilər?

Digər tərəfdən, bir nəfərin onlardan bir qədər fərqli düşünməsi niyə bu qədər narahatlıq, təşviş, aqressiya, hətta isteriya doğurur?

Demokratikmusavat.com 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

1Sources