Şahmat üzrə Azərbaycan çempionatında final mərhələsinin ikinci oyunları bu gün keçiriləcək.
"Operativ Media" xəbər verir ki, Şəhriyar Məmmədyarov həlledici raundda Rauf Məmmədovla üz-üzə gələcək.
Tərəflər arasında ötən gün baş tutan görüş heç-heçə yekunlaşıb – 0,5:0,5. Teymur Rəcəbov isə səhhətindəki problem səbəbindən Misrətdin İskəndərovla üçüncü yer uğrunda qarşılaşmaya qatılmayıb.
Qadınlarda finalda Gövhər Beydullayeva ilə Günay Məmmədzadə münasibətlərə aydınlıq gətirəcəklər. İlk dueldə G.Beydullayeva qalib gəlib – 1:0. Üçüncü yer uğrunda görüşdə Ülviyyə Fətəliyeva ilə Gülnar Məmmədova üz-üzə gəlir. Ü.Fətəliyeva ötən gün qələbə qazanıb – 1:0.
Kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir.