RU

Azərbaycan çempionatında final mərhələsinin ikinci oyunları keçiriləcək

Bu gün Şahmat üzrə Azərbaycan çempionatının qalibləri bəlli ola bilər.

Şahmat üzrə Azərbaycan çempionatında final mərhələsinin ikinci oyunları bu gün keçiriləcək.

"Operativ Media" xəbər verir ki, Şəhriyar Məmmədyarov həlledici raundda Rauf Məmmədovla üz-üzə gələcək.

Tərəflər arasında ötən gün baş tutan görüş heç-heçə yekunlaşıb – 0,5:0,5. Teymur Rəcəbov isə səhhətindəki problem səbəbindən Misrətdin İskəndərovla üçüncü yer uğrunda qarşılaşmaya qatılmayıb.

Qadınlarda finalda Gövhər Beydullayeva ilə Günay Məmmədzadə münasibətlərə aydınlıq gətirəcəklər. İlk dueldə G.Beydullayeva qalib gəlib – 1:0. Üçüncü yer uğrunda görüşdə Ülviyyə Fətəliyeva ilə Gülnar Məmmədova üz-üzə gəlir. Ü.Fətəliyeva ötən gün qələbə qazanıb – 1:0.

Kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir.

Избранный
27
6
operativmedia.az

8Источники