EN

Ağır qəzada 32 yaşlı kişi öldü - 3 nəfər xəstəxanalıq oldu - Foto

Ötən gecə Bakıda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, saat 22:30 radələrində Nərimanov rayonu Ağa Nemətulla küçəsində “Toyota Prius” və “VAZ 2101” markalı avtomobillər toqquşub.

Nəticədə “VAZ”da olan Ağdaş rayon sakini 1993-cü il təvəllüdlü Fərid Mehman oğlu Zülfüqarov hadisə yerində ölüb. Daha 3 nəfər isə ağır xəsarət alıb.

Faktla bağlı Nərimanov RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.

Chosen
7
12
qafqazinfo.az

10Sources