EN

Avropa Birliyində rus qazından istifadə kəskin azalıb

2025-ci ilin əvvəlindən Ukraynanın öz ərazisindən Rusiya qazının tədarükünə icazə verməməsi nəticəsindən Avropa ABŞ və Norveçdən LNG idxalının həcmini artırıb.

Teleqraf xəbər verir ki, Rusiyanın boru qazının Avropa İttifaqının idxalındakı payı 2021-ci ildə 40%-dən 8%-ə düşüb. Boru qazı və LNG idxalının nəzərə alsaq Rusiyanın Aİ-nin ümumi qaz idxalında payı 15%-dən aşağıdır. Bu azalma əsasən LNG idxalının kəskin artması və Aİ-də qaz istehlakının ümumi azalması sayəsində mümkün olub.

Norveç və ABŞ 2023-cü ildə Avropaya qazın əsas təchizatçıları olub. Norveç Avropanın qaz idxalının təxminən 30%-ni təmin edib. Əlavə təchizatçılar arasında Şimali Afrika ölkələri, Birləşmiş Krallıq və Qətər də var.

Chosen
23
sitat.info

1Sources