EN

“Sevgi haqqında” kiçik ədəbi-poetik tamaşanın premyerası oldu – FOTO

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində Leyla xanım Əliyevanın şeirləri əsasında hazırlanmış “Sevgi haqqında” kiçik ədəbi-poetik tamaşanın premyerası baş tutub

Doğru.az  xəbər verir ki, tamaşanın rejissoru Raul Türkkan, xoreoqraf isə Azərbaycanın Əməkdar artisti Nigar Rzayevadır.

Gecənin rəsmi hissəsini mərkəzin direktoru Anna İbrahimbəyova açıb. O, çıxışında gecənin əhəmiyyətini vurğulayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Maqsud İbrahimbəyovun 90 illik yubileyinin qeyd edilməsi ilə bağlı bu gün Sərəncam imzalamasını xatırladıb.

Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Adil Kərimli, Diasporalarla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Milli Məclisin deputatı Hicran Hüseynova, əməkdar incəsənət xadimi Cahangir Səlimxanov, əməkdar artist Oleq Əmirbəyov və mədəniyyət sahəsinin digər nümayəndələri tədbirin qonaqları arasında yer alıblar.

DOĞRU.AZ

image-c70c701e_44c5_4ee0_8e8d_a11e2e6676101739516428 image-d5d9974a_4156_45fe_9234_a7f49e6e5ab81739516408 image-2a7dffb1_5086_4397_bcd8_b201b9f3fe321739516428 image-3a2ba5de_acfe_467a_ad48_2645c9c5c7091739516427 image-6de80bbc_7711_4719_8dff_a2f8c3cd41781739516427 image-707d8af3_3669_4ce0_a875_00b7398c36661739516428 image-634113e5_bb1c_491e_b0f5_3fbb020e552f1739516427 image-2106509c_3b67_4fd3_934d_6c3f90ea72d31739516428

Chosen
29
7
dogru.az

9Sources