Bakı şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində Azərbaycan cüdoçuları bürünc medal uğrunda mübarizəyə davam edəcəklər. Metbuat.az xəbər verir ki, mükafat qazanmaq şansını qoruyan üç idmançımız var. Onlar Əhməd Yusifov, Balabəy Ağayev (hər ikisi 60 kq) və Elşən Əsədovdur (66 kq). Bu gün tamamiyə çıxan digər 9 idmançı isə əvvəlki raundlarda məğlub olub. Qeyd edək ki, turnirin fevralın 16-da başa çatacaq. Azərbaycan yarışda 32 idmançı ilə təmsil olunur.