EN

Çuxursəəd və İrəvan Azərbaycanlı türklərin yaşadığı torpaqlardır- Sadıq Isfahanı

1832-ci ildə Brityaniya şərqşünası Sir William Ouseley “Sadiq İsfahaninin coğrafi tədiqatları”(Sadıq Isfahanı.The Geographical Works of Sadik Isfahani [together with] -- A Critical Essay on Various Manuscript Works. Three early modern Persian treatises on geography for English readers. London: Printed for the Oriental Translation Fund of Great Britain and Ireland, 1832) adlı kitabı tərcümə edir və bu kitab qısa zamanda Avropanın nüfuzlu alimləri tərəfindən müsbət rəylər alır.

Kitab orta əsrlər dövründə Sadiq İsfahaninin dünya  ölkələri barədə qeydləri ilə zəngindir.Sadiq İsfahani Moğol imperatoru Şah Cahanın hakimiyyəti dövründə Hindistanda görkəmli müəllif və məmur idi. O, 1630-cu illərdə Benqaliyada yaşamış, burada yerli məşhurlar və ədəbiyyat xadimləri ilə ünsiyyətdə olmuşdur.

Kitabda   Sadiq İsfahaniyə aiddir. Üçüncü hissə dünya tarixinə dair müasirdən əvvəlki ərəb və fars əsərlərinin XVIII əsrə aid anonim fars biblioqrafiyasıdır.
Cilddə Sadiqin “Təhqiq əl-i‘rab” (“Tələffüzün təyini”) və “Təqvim əl-buldan” (“Ölkələrin coğrafiyası”) əsərləri yer alır. Təhqiq əl-iʿrab düzgün tələffüzə kömək etmək üçün şəhərlərin, bölgələrin və ölkələrin adlarını saitlərlə qeyd edir və mədəniyyət tarixi haqqında qısa məlumat verir. Maraqlıdır ki, Sadiq yeni dünya (türk dilində "Yeni Dünya") yer adını ehtiva edir və Amerika qitəsinin avropalılar tərəfindən kəşfindən yazır. Ona görə də onun Osmanlı mənbələri sayəsində İslam dünyası xaricində baş verən müasir hadisələrdən xəbərdar olduğu ehtimal edilirdi. Həm də maraqlı əsər olan Təqvim əl-buldan təxminən 700 yerin uzunluq və enini sadalayır.
Bizim üçün maraqlı olan kitabda Azərbaycanla bağlı kifayət qədər yer adları və qeydlərin olmasıdır. Hamısını yazmaq mümkün deyil. 
Diqqəti çəkən məqam Qərbi Azərbaycan, İrəvan, Çuxur səddlə bağlı olan adlardır. 
Səhifə 20-21-də müəllif qeyd edir:

**
-Çuxur Sədd –(CHUKHUR SAAD) Azərbaycan  sərhədlərində bir yer. Türk dilində Çuxur sözü farsca کو ilə eyni məna daşıyır və Səad bu yerin adını daşıyan adamın adıdır.(Qeyd: XIV əsrdə tayfanın idarə edilməsinə məsuliyyət daşıyan tayfa başçısı və əmiri "Səd"i nəzərdə tutur)  Burada zərb edilən qızıl və gümüş sikkələrdə “Çuxur sədd” sözləri var. Daha sonra Ağbaba mahalın da onun əlinə keçən bir rial və ya gümüş pul parçası kitabədə qeyd olunur ki, o, 1225-ci ildə  "Çuxur Saad, İravan"da zərb edilib.  edilmişdir. 
“Türk dilində Çuxur məskəni,ifadə etdiyini və Səadın bəzi görkəmli şəxsiyyətin adı olduğunu öyrəndim. İrəvan və Çuxur Səad arasında müəyyən fərq olduğunu göstərir: o, hesab edir ki, İrəvan ilkin və xüsusi olaraq qalaya, Çuxur Səad isə ona bitişik əraziyə aid edilmiş bir addır.”

**

Qeyd edim ki, Erməni tarixçisi B.İşxanyan 1916-cı ildə Petroqradda çap etdirdiyi "Qafqaz xalqları" kitabında yazırdı: "Antik dövrdə ermənilərin əsl vətəni olan "böyük Ermənistan" Kiçik Asiyadan, yeni Rusiyadan kənarda yerləşirdi. Tarixçilərin araşdırmalarına görə Fərad çayının yuxarı qolu olan Qaraçay sahilində yaşayan ermənilər artıb çoxalandan sonra torpaq iştahasına düşüblər. Onlar Ağbaba, Çuxur Sədd, Şərur mahallarına sonradan gəliblər. Van gölündən başlayaraq Urmiya, Göyçə gölünə qədər məsafəni işğal ediblər".
Mirzə Səmian "Təzkirat-ül Moluk" kitabında  mərkəzi İrəvan olan Çuxursəd vilayəti haqqında yazır" Çuxursəd sonradan geniş yayılmış bir coğrafi termindir. O, ilk dəfə Səvfəvilər dövründə və daha çox İrəvan əyaləti haqqında işlənib” 

Çuxursəd sözünün türk dilində mənası "torpağın enişi" anlamına gəlir. Qeydlərə görə Araz çayı tərəflərinin aşağı olması səbəbilə belə adlanır.  Tərəkəmələrin yaşadığı və türkmən ordusunun əsasını təşkil edən Səəd tayfası isə ayrıca tədqiqat mövzusudur.

Zaur Aliyev, dosent

Visiontv.az



Chosen
22
visiontv.az

1Sources