Bakı. Trend:
Cari ilin yanvar ayında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”QSC-nin (ASCO) gəmiləri ilə 180 506 ton quru yük daşınıb.
Trend bubarədə ASCO-dan məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə120 310 ton və ya 3 dəfə çoxdur. 2024-cü ilin yanvarında ASCO-nungəmiləri ilə daşınan quru yükün həcmi 60 196 ton olub.
Bununla yanaşı, tanker daşımalarında da müsbət dinamika müşahidəolunub. Belə ki, ötən ilin yanvarında 328 533 ton yük daşınmışdısa,cari ilin eyni dövründə bu rəqəm 9,38% və ya 30 829 ton artaraq,359 362 tona çatıb.
!Vaqon daşımalarında isə 2,76%-lik artım baş verib. 2024-cü ilinyanvarında 2 688 vaqon, 2025-ci ilin eyni ayında 2 762 vaqondaşınıb. Yanvarda TIR daşımalarında da nəzərəçarpacaq artım qeydəalınıb. 2024-cü ilin ilk ayında 2 980 TIR daşınmışdısa, 2025-ciilin yanvarında bu rəqəm 4 139-a çatıb. Nəticədə 38,88%-lik artımolub”, - məlumatda qeyd edilib.