EN

Türkiyədə ən çox bu ölkənin vətəndaşları ev alıb

Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına görə, Türkiyədə ev satışları yanvar ayında bir əvvəlki ilin eyni ayına görə 39,7 faiz artaraq 112 min 173-ə çatıb.

“Cebheinfo.az” xəbər verir ki, Türkiyə daxilində ipotekalı ev satışları yanvar ayında keçən ilin eyni ayına görə 182,8 faiz artaraq 16 726-ya çatıb.

İpoteka ilə satışların ümumi mənzil satışlarında xüsusi çəkisi 14,9 faiz təşkil edib. 

Yanvar ayında ipotekalı satışların 3856-nın ilk əldən satış olduğu müəyyən olunub.

Ən çox mənzil satışı olan şəhərlər 18 912  ilə İstanbul, 10 158 ilə Ankara və 6 634 ilə İzmir olub. 

Ev satışının ən az olduğu vilayət 39 evlə Ardahan, 62 evlə Bayburt və 80 evlə Tunceli olub. 

Əcnəbilərə ev satışları yanvar ayında əvvəlki ilin eyni ayına görə 24,9 faiz azalaraq 1547-yə çatıb.

Yanvarda xaricilərə mənzil satışının ümumi mənzil satışlarında payı 1,4 faiz olub.

Xaricilərə ən çox mənzil satan şəhərlər 611 ilə İstanbul, 469 ilə Antalya və 118 ilə Mersin olub.

Vətəndaşlığa görə ən çox mənzil satışı Rusiya Federasiyasının vətəndaşlarına olub. 

Yanvar ayında vətəndaşlara görə ən çox mənzil  248 ilə Rusiya Federasiyası, 162 ilə İran və 103 ilə İraq vətəndaşlarına satılıb.

Chosen
24
cebheinfo.az

1Sources