EN

Bahar Muradova Yevlaxda vətəndaşların müraciətlərini dinlədi

Prezident İlham Əliyevin göstərişinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Viral.az-a bildirilib ki, Dövlət Komitəsinin sədri Bahar Muradova Yevlaxda vətəndaşlarla görüşüb. Görüşdə Yevlax və Mingəçevir şəhər sakinlərinin müraciətləri dinlənilib.

Görüşdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq, önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.

Son Yazılar:

Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin də iştirakı ilə keçirilən görüşdə vətəndaş müraciətləri uşaqla ünsiyyət, boşanmadan sonra yaranan hüquqi problemlərin həlli, müalicə, təhsil, işlə təmin olunma və digər məsələlər yer alıb.

Qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər qeydə alınaraq, icraata götürülüb.

Chosen
15
6
viral.az

8Sources