Portuqaliyalı futbolçu Kriştiano Ronaldo sevgilisi Corcina Rodrigezi Sevgililər Günü münasibətilə təbrik edib.
“Qafqazinfo” xəbər verir ki, futbolçu öz instaqram hesabında Corcina ilə fotosunu paylaşıb.
“Mənim yeganə sevgilim. Həmişə”, - deyə, o yazıb.
Paylaşıma qısa müddətdə 4 milyona yaxın bəyənmə, 30-mindən çox şərh gəlib.
Qeyd edək ki, K.Ronaldo Corcina ilə 8 ildir birlikdədir. Cütlüyün Alana və Bella adlı iki qızı var. Ronaldonun digər uşaqları isə surroqat anadan dünyaya gəlib.
