Malayziya, İndoneziya və Pakistana səfər edən Rəcəb Tayyib Ərdoğan bu ölkələrdə “Togg”un istehsalının mümkün olduğunu bildirib.

İndex.az xəbər verir ki, “Togg”u sözügedən üç ölkənin liderlərinə təqdim edən Ərdoğan qeyd edib ki, “Togg” bizim üçün son deyil, başlanğıcdır:

“Bu addım avtomobil dünyasına atdığımız güclü bir addımdır. Bu yolda uzun bir məsafə qət etməliyik və bu məsafəni qət edəcəyik. Maşınımızı görən və sınaqdan keçirən hər bir liderdən təriflər eşidirik. Oxşar şeylər Malayziyada da oldu, Pakistanda da, İndoneziyada da”.