EN

General prokurorluqda dindirilib? - DANIŞDI

Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Elmar Məmmədov və eyni idarənin Əsaslı və Cari Təmir bölməsinin sabiq müdiri Rəhim Laçınovun məhkəməsi gedir.

Onlar əvvəlcə dövlət vəsaitlərini mənimsəmə və vəzifə səlahiyyətlərini aşma ittihamı ilə həbs ediliblər. Hazırda məhkəmə prosesləri davam edir. Bu proseslər fonunda müdafiə nazirinin müavini - Maddi-Texniki Təminat İdarəsinin rəisi işləmiş general-leytenant Nizam Osmanovun da bu cinayət işi üzrə dindirildiyi qeyd olunub.

Yenisabah.az Manset.az-a istinadən xəbər verir ki, Nizam Osmanovun dindirilməsi ilə bağlı onunla əlaqə saxlanılıb. O, açıqlamasında yayılan informasiyanı təkzib edib.

"Yox, əlbəttə, bu yalandır. Eşitdiyimə görə, onları buraxıblar. Mən istintaqa çağırılmamışam. Orada nə işim var? Mən prokurorluğa getməmişəm, istintaq işi ilə bağlı da dindirilməmişəm", - deyə Nizam Osmanov açıqlamasında bildirib.


Telegram kanalımız
Chosen
73
13
yenisabah.az

10Sources